Bakı. Trend:
Tailandın cənubundakı Tranq vilayətində avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb.
Trend xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Avtobus Phuket – Betonq marşrutu üzrə hərəkət edirdi. Nəqliyyat vasitəsində ümumilikdə 52 nəfər olub, onlardan 10-dan çoxu ağır xəsarətlər alıb.
Ehtimala görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Polis faktla bağlı araşdırmalara başlayıb.
