...

Ukrayna bu ölkənin təşəbbüsü ilə 4,4 milyon sursat alıb

Dünya xəbərləri Materials 16 Fevral 2026 20:35 (UTC +04:00)
Ukrayna bu ölkənin təşəbbüsü ilə 4,4 milyon sursat alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynaya Çexiyanın təşəbbüsü çərçivəsində Qərb dövlətlərinin hesabına üçüncü ölkələrdən alınmış təxminən 4,4 milyon iri çaplı sursat göndərilib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ukrayna 2024-cü ildə bu təşəbbüs çərçivəsində 1,5 milyon, ötən il isə 1,8 milyon iri çaplı sursat alıb. Təşəbbüsə təxminən 20 ölkə qoşulub.

Donor ölkələr ümumilikdə 100 milyard kron (təxminən 4,6 milyard dollar) vəsait toplayıblar. Çexiya bu təşəbbüsün həyata keçirilməsində əsasən Danimarka və Niderlandla əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti