...

Rusiyada 6,3 bal gücündə zəlzələ baş verdi

Dünya xəbərləri Materials 17 Fevral 2026 02:11 (UTC +04:00)
Rusiyada 6,3 bal gücündə zəlzələ baş verdi

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsinin "Telegram" kanalında məlumat verilib.

Məlumata əsasən, zəlzələ Petropavlovsk-Kamçatskidən 222 km məsafədə baş verib. Təkanların episentri 45 km dərinlikdə olub.

İlkin hesablamalara görə, Petropavlovsk-Kamçatskidə baş verən zəlzələ 3,0 bal gücündə hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti