...

Ukrayna ən qısa müddətdə danışıqlar masasına oturmalıdır - Tramp

Dünya xəbərləri Materials 17 Fevral 2026 07:22 (UTC +04:00)
Ukrayna ən qısa müddətdə danışıqlar masasına oturmalıdır - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp fevralın 17-də Cenevrədə başlayan Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında danışıqları vacib adlandırıb.

Trend-in məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə deyib.

"Ukrayna ən qısa müddətdə danışıqlar masasına oturmalıdır. Sizə deyəcəyim bu qədər. (...) Biz onların gəlməsini istəyirik", - deyə o bildirib.

Amerika prezidentinin qarşıdan gələn danışıqlardan nə gözlədiyi soruşulduqda, o, "bu, çox sadə olacaq" fikrini bildirdi.

"Bu vacib danışıqlardır", - deyə D.Tramp vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti