İstambul şəhər məhkəməsinin "Osmanlı erməniləri imperiyanın dağıldığı dövrdə: elmi məsuliyyət və demokratiya problemləri"nə dair konfransın keçirilməsini müvəqqəti qadağan edən 4-cü qərarını heç kim ləğv etməyib və o, müvafiq icazə olmadan keçirilə bilməz". Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, bu barədə sentyabrın 24-də Türkiyənin Hüquqşünaslar İttifaqının nümayəndəsi Kamal Kerinçsiz bildirib.
Konfransın keçirilmə yeri və tarixinin dəyişdirilməsi ilə bağlı təşkilat şurasının qərarını şərh edərək, o vurğulayıb: Konfransın bu gün "Bilgi" universitetində keçirilməsi planlaşdırılıb. Lakin mən şəxsən həmin universitdə olacaq və tədbirin keçirilməsinin qarşısını alacağam".
Qeyd edək ki, baş nazir Rəcəb Tayib Ərdoğan və XİN başçısı Abdulla Gül təşkilat komitəsini dəstəkləyərək məhkəmənin qərarından narazı olduqlarını bildiriblər.
Xatırladaq ki, konfransın cari ilin mayında keçirilməsi planlaşdırılmışdı, lakin tədbirin ictimaiyyətdə mənfi təsir buraxmasını nəzərə alaraq onun sentyabrın 23-25-də "Bosfor" universitetində keçirilməsi qərara alınmışdı. Lakin məhkəmə sentyabrın 22-də konfransın keçirilməsinin qadağan olunması haqqında qərar qəbul edib.