...

Qırğızıstan prezidentinin Rusiyaya səfəri başlanır

Dünya xəbərləri Materials 24 Aprel 2006 14:33 (UTC +04:00)

Bu gün Qırğızıstan prezidentinin Rusiyaya səfəri başlanır. Bu, Kurmanbek Bakiyevin xaricə ilk rəsmi səfəridir. Trend in məlumatına görə, Vladimir Putinin gözlənilməz dəvəti ilə əlaqədar Bakiyev Türkiyəyə səfərini təxirə salıb.

Kurmanbek Bakiyev iki gün Rusiyada olacaq. Respublikanın xarici işlər naziri Alikbek Cekşenkulov jurnalistlərə "bu səfərin qırğız dövləti başçısının xaricə ilk rəsmi səfəri olduğunu məmnunluqdla bildirib". "Bizim üçün ilk rəsmi səfərin Rusiya Federavsiyasına olması çox mühümdür. Çünki rəsmi səfər xüsusi statusa malikdir və bu gün Rusiya ilə Qırğızıstan arasında etibarldı və qardaş münasibətləri yaranıb", - deyə XİN rəhbəri bildirib.

Qırğızıstan prezidentinin məhz bu səbəbdən Türkiyəyə planlaşdırdığı səfəri təxirə saldığı istisna olunmur.

Ehtimal olunur ki, iki ölkənin liderləri "konkret iqtisadi layihələri - Kambaratinsk SES və İssık Kuldakı aeroportun tikintisini, qaz sahəsində birgə müəssisənin yaradılmasını" və s. məsələləri müzakirə edəcəklər. Qırğızıstan XİN rəhbəri danışıqlar gedişində danışıqlar zamanı investisiyaların qarşılıqlı müdafiəsi məsələsini də nəzərdən keçiriləcəyini bildirib.

Bakiyev Moskvada RF hökumətinin başçısı Mixail Fradkovla, Dövlət Dumasının spikeri Boris Qrızlovla, İqtisadi İnkişaf Nazirliyinin rəhbəri German Qref, "EGS Rusiya VES" RSC-in rəhbəri Anatoli Çubaysla, "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerlə görüşlər keçirəcək. Bakiyev Dövlət Dumasına, Moskva meriyasına, eləcə də şəhərin istehsalat və mədəniyyət müəssisələrinə baş çəkəcək. Bu barədə RİA "Novosti" məlumat verib.

Xəbər lenti

Xəbər lenti