...

ABŞ-ın obstruksionist mövqeyi üzündən BMT-ni gözləyən maliyyə böhranın qarşısı alınıb

Dünya xəbərləri Materials 29 İyun 2006 14:45 (UTC +04:00)

ABŞ-ın obstruksionist mövqeyi üzündən BMT-ni gözləyən maliyyə böhranın qarşısını almaq mümkün olub. Çərşənbə günü BMT Baş Assambleyasının 5-ci komitəsi təşkilatın 2 illik büdcəsinin qalan hissəsinin xərclənməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması haqqında qərar qəbul edib. ABŞ, Yaponiya və Avstraliya bu qərarın qəbuluna qarşı çıxış etməyəcəyini, lakin eyni zamanda bunu dəstəkləməyəcəyini bildirib. Cümə günü 5-ci komitənin qərarı BMT Baş Assembleyası tərəfindən bəyəniləcək.

Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, dekabrda uzunmüddətli və gərgin danışıqlardan sonra BMT Baş Assambleyası 3 mlrd.799 mln. dollar həcmində təşkilatın 2006-2007-ci illər müntəzəm büdcəsini qəbul edib. Lakin ABŞ və bir sıra ölkələr büdcəni BMT-də radikal islahatların keçirilməsi tələbi ilə əlaqələndirib. Nəticədə baş katibə 2006-cı ilin əvvəlindən yalnız 950 mln. dollar xərcləməyə icza verildi ki, bu vəsait də 6 aya - iyunun 30-na qədər çatmalı idi.

Xəbər lenti

Xəbər lenti