...

Putin QHT, biznes və hökümət orqanlarının qarşılıqlı əlaqəsini genişləndirməyə çağırır

Dünya xəbərləri Materials 4 İyul 2006 18:24 (UTC +04:00)

RF prezidenti Vladimir Putin qeyri-hökümət təşkilatları (QHT), biznes və hökümət orqanlarının üçtərəfli formatda qarşılıqlı əlaqəsini genişləndirməyə çağırır.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, çərşənbə axşamı "Mülki səkkizlik-2006" adlı beynəlxalq forumun plenar iclasında Putin bəyan edib ki, üçtərəfli formatın inkişafına yardım edəcək. Prezidentin fikrincə, üçtərəfli format - çox uğurlu iş formasıdır.

RF prezidenti qeyd edib ki, biznes nümayəndələri olmadan müasir gündəlikdəki heç bir məsələ həll oluna bilməz.

Korrupsiya problemləri barədə danışarkən, Putin qeyd edib ki, "təəssüf ki, dövlət olan yerdə, korrupsiya da var". Prezident bəyan edib ki, bəzi yerlərdə onun səviyyəsi qəbuledilməzdir və buna xüsusi diqqət yetirmək lazımdır.

Forum iştirakçılarına müraciət edən Putin əlavə edib ki, biznesi bu işə qoşulmağa və korrupsiyanın inkişafına yardım etməməyə: heç kimi rüşvətlə ələ almamağa, heç kəsə artıq pul verməməyə, mövcud qanunvericilik çərçivəsində işləməyə dəvət edir.

Xəbər lenti

Xəbər lenti