...

Gürcüstanın baş naziri NATO qərargahında ikigünlük danışıqlar aparacaq

Dünya xəbərləri Materials 18 İyul 2006 16:54 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli iyulun 25-də Brüsselə ikigünlük işgüzar səfər edəcək. Bu barədə Trend in xüsusi müxbirinə baş nazir administrasiyasının mətbuat xidmətindən xəbər veriblər.

Səfər zamanı Z.Noqaideli NATO qərargahına baş çəkəcək və burada NATO-ya üzv ölkələrin səfirləri ilə görüşəcək.

Görüşlərdə Gürcüstandakı vəziyyət və ölkədə baş verən proseslər müzakirə olunacaq. Həmçinin Gürcüstanın Şimali Atlantika alyansına inteqrasiya perspektivləri də müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti