...

RF TFX qaz nəqli üzrə tariflərin müəyyən olunması haqqında əmri təsdiq edib

Dünya xəbərləri Materials 31 İyul 2006 18:54 (UTC +04:00)

RF Tariflər üzrə Federal xidmət müstəqil istehsalçıların qaz nəqli üçün tarifinin müəyyən olunması haqqında əmri təsdiq edib. Yeni tariflər avqustun 1-dən qüvvəyə minir və təxminən 31 dekabr 2006-cı ilə qədər qüvvədə olacaq.

Trend in xəbər verdiyi kimi, əmrlə tarifin iki tərkib hissəsi təsdiq edilib. Birinci (1 min kubmetr qazın 100 km yerdəyişməsi üzrə işə görə ödəniş) 5,28 rubl təşkil edəcək. Tarifin ikinci tərkib hissəsi (magistral qaz kəmərindən istifadəyə görə ödəniş, 1 min kubmetrə görə rublla) qazın qaznəqliyyat sisteminə daxil olması və ondan çıxma yerindən asılı olaraq təsdiq olunur. Əmrdə qiymətlərin matrisası verilib.

Orta hesabla, tarifin artma sistemi üzrə 10% təşkil edəcək. Lakin, TFX-də qeyd olunduğu kimi, qiymətin yaranmasının yeni prinsipinin tətbiqi ilə əlaqədar, ötən dövrlə müqayisə aparmaq düzgün deyil. Tarif xidməti magistral qaz kəməri üzrə qaz nəqli üçün iki dərəcəli tarifi ilk dəfə təsdiq edir. Əvvəllər tarfi bir dərəcəli idi və 1 min kubmetr qazın 100 km nəqli üçün nəzərdə tutulurdu. Hazırda müstəqil istehsalçılar 1 min kubmetr qazın 100 km nəqli üçün "Qazprom" şirkətinə 23,84 rubl ödəyirlər.

Xəbər lenti

Xəbər lenti