...

Neftin qiymətlərinin artması Türkiyənin bu məhsulu alma xərclərini artırır

Dünya xəbərləri Materials 4 Avqust 2006 13:06 (UTC +04:00)

Xam neftin dünya qiymətlərinin artması ilə əlaqədar Türkiyə yanacağın bu növünün alınması üzrə xərcləri artırır. Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Türkiyə neftin hər barelinə ötən ilin həmin dövrü ilə müqayisədə 16,8 dollar çox ödəyib. 2006-cı ilin 1-ci yarısında Türkiyə 82,3 mln barel xam neftin idxalına 2005-ci ilin göstərilən dövrü ilə müqayisədə 5,1 mlrd dollar çox ödəyib.

2006-cı ilin ilk 6 ayı ərzində neft idxalının 1,5% azalmasına baxmayaraq, 2005-ci ildən fərqli olaraq 35,2% çox vəsait ödənilib.

Ötən il ərzində Türkiyə 8 mlrd 649 mln dollar dəyərində 171,4 mln barel xam neft idxal edib. Əgər bu il də həmin həcmdə neft idxal olunarsa, o zaman ödəniləcək məbləğ 10 mlrd dollardan çox olacaq.

Xəbər lenti

Xəbər lenti