...

Qazaxıstan energetika sisteminin inkişafına 1,5 milyard dollar sərmayə qoyulacaq

Dünya xəbərləri Materials 7 Avqust 2006 16:56 (UTC +04:00)

Yaxın 10 il ərzində Alma-Ata şəhərinin elektrik energetika sahəsinin inkişafına 1,5 milyard dollar sərmayə qoyulacaq. Şəhər administrasiyasının mütəxəssisləri tərəfindən energetika kompleksinin yenidən qurulması və müasirləşdirilməsi proqramı işlənib hazırlanıb.

Trend in "Xəbər" telekanalına istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində on bir yeni yarımstansiyanın tikintisi, həmçinin 25 mövcud yarımstansiyanın yenidən qurulması nəzərdə tutulub. Proqramın həyata keçirilməsinin zəruriliyini yerli hakimiyyət orqanları otuz altı şəhər yarımstansiyasının 40-60 faiz yüklənməsi ilə izah edirlər.

Xəbər lenti

Xəbər lenti