...

Livanda Suriyanın xarici işlər nazirinə qarşı sui-qəsdin qarşısı alınıb

Dünya xəbərləri Materials 16 Avqust 2006 18:19 (UTC +04:00)

Ərəb ölkələri XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün bir həftədən artıqdır ki, Beyrutda səfərdə olan Suriyanın xarici işlər naziri Valid əl-Muallimə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb. Bu barədə Misir "Əl-Usbua" qəzeti yüksək vəzifəli Suriya mənbələrinə istinadən xəbər verir.

Trend "Novosti"yə istinadən yazır ki, əl-Muallimin bəzi siyasətçilərlə görüşmək üçün yollandığı rəsmi idarəyə gedən yolda pusqu qurulub, lakin Livan təhlükəsizlik qüvvələri sui-qəsd cəhdinin qarsını ala bilib.

Suriya və Livan hakimiyyətləri iki ölkə arasındakı gərginliyə yol verməmək üçün bu hadisə haqqında məlumatı gizlətməyi qərarlaşdırıb.

"14 mart" antisuriya koalisiyasının bəzi nümayəndələri Livanda suriyalı qonağın qaldığı mehmenxananın yaxınlığında nümayiş keçirməyə cəhd edib, lakin Livanın baş naziri Fuad əs-Sinyora koalisiya liderlərilə əlaqə saxlayaraq etiraz aksiyasının qabağını almağa müvəffəq olub.

Beyrutda Əl-Muallimlə əs-Sinyora iki ölkə arasındakı əlaqələrin yeni səhifəsinin açsılması mümkünlüyünü müzakirə edib.

Xəbər lenti

Xəbər lenti