...

Ukraynanın Maliyyə Nazirliyi dövlət büdcəsi layihəsini təqdim etməyə hazırdır

Dünya xəbərləri Materials 12 Sentyabr 2006 17:04 (UTC +04:00)

Cümə axşamı, sentyabrın 14-də Ukraynanın Maliyyə Nazirliyi 2007-ci il üçün ölkənin dövlət büdcəsi layihəsini ictimaiyyətə təqdim edəcək. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Trend in "ForUm"a istinadən xəbər verdiyi kimi, mətbuat xidmətinin məlumatına əsasən, büdcəni Ukraynanın baş nazirinin birinci müavini, maliyyə naziri Nikolay Azarov, ölkənin Maliyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri təqdim edəcəklər.

Xəbər verildiyi kimi, Nazirlər Kabineti 14 avqust tarixli 1194 saylı qərarı ilə 2007-ci il üçün Ukraynanın iqtisadi və sosial inkişafı proqnozlarını təsdiqləyib.

Proqnozlara əsasən, 2007-ci ildə ÜDM artımı 6,5% (nominal - 594,1 mlrd. qrn.), inflyasiya 7,5%, sənaye məhsulları istehsalının qiymət artımı 14,4% təşkil etməlidir. 2007-ci ilin yekunlarına görə, ticarət balansının müsbət saldosu 163 mln. dollar olmalıdır.

2007-ci ildə dövlət büdcəsi kəsirinin təxmini həcmi ÜDM-in 2,6 %-ni, qazın təxmini qiyməti isə min kubmetr üçün 135 dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti