...

Expo-Georgia mərkəzində "Elcomcaucasus 2006" 7-ci beynəlxalq sərgisi keçiriləcək

Dünya xəbərləri Materials 3 Oktyabr 2006 14:13 (UTC +04:00)

Oktyabrın 5-7-də Tiflisdə Expo-Georgia sərgi mərkəzində energetika, elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya üzrə "Elcomcaucasus 2006" 7-ci beynəlxalq sərgisi keçiriləcək.

Expo-Georgia mərkəzindən Trend ə verilən məlumata görə, bir sıra uğurlu sərmayə qoyuluşlarından sonra Gürcüstanın telekommunikasiya sektoru ölkə iqtisadiyyatının ən rəqabət qabiliyyətli sahələrindən birinə çevrilib.

Sərgidə bu sahədə fəaliyyət göstərən həm yerli, həm də xarici şirkətlərin nümayəndələri iştirak edəcək. Bununla paralel olaraq, seminar və konfranslar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti