...

Almatada Qazaxıstanda ilk İrlandiya təhsil sərgisi keçiriləcək

Dünya xəbərləri Materials 7 Oktyabr 2006 12:28 (UTC +04:00)

Oktyabrın 13-14-də Qazaxıstanda ilk İrlandiya təhsil sərgisi keçiriləcək. Təşkilatçılar - Ticarət və texnologiya üzrə İrlandiya şurası və İrlandiyanın Rusiya və Qazaxıstandakı səfirliyidir. Bu barədə Kazinform xəbər verir.

Sərgidə biznes, texnologiya, o cümlədən informasiya, tikinti və memarlıq, hüquqşünaslıq, incəsənət kimi sahələrdə magistr və doktor dərəcələri də daxil olmaqla, təhsil proqramlarının geniş spektrini təklif edən qabaqcıl İrlandiya universitetləri, institut və kolleclərin stendləri nümayiş etdiriləcək.

İrlandiya təhsilinin səviyyəsi bütün dünyada yüksək qiymətləndirilir və onun Avropada ən firavan ölkələrdən birinə çevrilməsinin əsas səbəblərindən biridir. Sərgi təşkilatçılarının sözlərinə görə, onun təhsil müəssisələrinin üstünlüyü bundan ibarətdir ki, onlar yalnız ən yüksək beynəlxalq səviyyəli təhsil vermir, həm də İrlandiya və beynəlxalq şirkətlərdə praktiki iş təcrübəsi əldə etmək imkanı verir, bu isə təhsil proqramının bir hissəsidir. Bu barədə Trend xəbər verir.

İrlandiya - daim artan gənc əhalisi, o cümlədən tələbələri olan ölkədir. Dublin, Limerik, Uoterford kimi şəhərlərin kosmopolit mühiti əcnəbi tələbələrin yerli ictimaiyyətin həyatına ən yaxşı inteqrasiyasına yardım edir. İrlandiya zəngin mədəni ənənələrə malikdir; ingilis dili irlandlar üçün doğmadır və sərgidə təqdim olunmuş təhsil müəssisələri də həmçinin müxtəlif səviyyəli və müxtəlif mürəkkəblik dərəcəli ingilis dilinin öyrənilməsi üzrə proqramlar təklif edirlər.

Xəbər lenti

Xəbər lenti