...

ABŞ prezidenti ÇXR və Avstraliya hökumət nümayəndələri ilə KXDR-ə qarşı sanksiyaların tətbiq edilib-edilməməsi ilə bağlı məsələni müzakirə edib

Dünya xəbərləri Materials 13 Oktyabr 2006 11:28 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş ÇXR və Avstraliya hökumətlərinin rəsmi nümayəndələri ilə apardığı nüvə sınağı ilə əlaqədar Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilib-edilməməsi məsələsini müzakirə edib.

(S) Associated Press-in xəbər verdiyi kimi, ABŞ lideri ÇXR Dövlət Şurasının üzvü Tan Tszyasyuanla görüşüb. Ağ Evin rəsmi nümayəndəsi Frederik Consun sözlərinə görə, Tan Tszyasyuan qeyd edib ki, KXDR-ə qarşı sanksiyalar tətbiq olunarkən kütləvi qırğın silahlarının yayılmasında bu ölkənin rolu nəzərə alınmalıdır. Tan Tszyasyuan dövlət katibi Kondoliza Rays və ABŞ administrasiyasının digər yüksək vəzifəli nümayəndələri ilə də danışıqlar aparıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

C.Buş Şimali Koreyanın nüvə proqramı ətrafında yaranmış vəziyyəti Avstraliyanın baş naziri Con Qovardla da müzakirə edib. Hər iki lider Pxenyana qarşı sərt tədbirlərin görülməsinin tərəfdarıdır.

Şimali Koreya isə ona qarşı beynəlxalq sanksiyalar tətbiq edilərsə, təkrar nüvə sınaqları keçirməklə təhdid edir.

Xəbər lenti

Xəbər lenti