Tanınmamış Cənubi Osetiya Respublikasının rəhbəri Eduard Kokoytı Gürcüstan prezidenti Mixail Saakaşvilini noyabrın 25-də Tsxinvalidə keçiriləcək and içmə mərasiminə dəvət edib.
"Şimali Qafqaz respublikaları başçılarına və Gürcüstan-Osetiya münaqişəsinin nizamlanması üzrə qarışıq nəzarət komissiyasının həmsədrlərinə də dəvət ünvanlanıb. And içmə mərasimində iştirakçıların sayı çox olacaq", - deyə prezident Eduard Kokoytı mətbuat konfransında bildirib.
Trend in Praym-Nyus agentliyinə istinadən xəbər verdiyi kimi, tanınmamış Cənubi Osetiya Respublikasının hazırkı rəhbəri Eduard Kokoytı noyabrın 12-də keçirilmiş seçkilərin nəticələrinə görə növbəti müddətə prezident seçilib.