...

Ukrayna Təhlükəsizlik Xidmətinin sədri vəzifəsinin icrası V.Nalivayçenkoya həvalə edilib

Dünya xəbərləri Materials 1 Dekabr 2006 17:22 (UTC +04:00)

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) sədri vəzifəsinin icrası UTX sədrinin müavini Valentin Nalivayçenkoya həvalə edilib. "RBK-Ukrayna"dan verilən məlumata görə, bu barədə Ukrayna prezidenti katibliyinin rəhbəri Viktor Baloqa Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni müavini İqor Drijçanıyın vəzifəyə təyin edilməsi ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, V.Nalivayçenko "kəşfiyyatçı, həm də diplomatdır, UTX-nin səmərəli işini təmin edəcək".

RBK-ya istinadən Trend bildirir ki, həmin ərəfədə İ.Drijçanıyın UTX başçısı vəzifəsindən azad edilməsinin səbəbləri barədə sualı cavablandırarkən Ukrayna prezidenti Viktor Yuşenko bildirib ki, xidmətin rəhbəri onun qarşısında qoyulan bütün vəziyələri həll edib, indi UTX-yə yeni şəxs rəhbərlik etməlidir. İ.Drijçanıy UTX-nin başçısı postuna 2005-ci ilin sentyabr ayında təyin olunmuşdu.

Xəbər lenti

Xəbər lenti