...

2007-ci il yanvarın sonunadək Gürcüstanda qaza olan tariflər qaldırılmayacaq

Dünya xəbərləri Materials 28 Dekabr 2006 19:35 (UTC +04:00)

2007-ci ilin yanvarın sonunadək Gürcüstanda qaza olan tariflər qaldırılmayacaq. Bu barədə Milli Enerji nizamlanması Komisiyasının iclasında komissiyanın sədri Georgi Tavadze xəbər verib.

Bununlap belə o, təsdiq edib ki, MEK-ə "Kaztransqaz-Tiflis" və "Beynəlxalq energetika Şirkəti"ndən qazın tariflərinin qaldırılması ilə balı təkliflər gəlib.

Trend in Tiflisdəki xüsusi müxbiri xəbər verir ki, onlar tariflərin qaldırılmasının bir neçə variantını təklif edirlər. Tavadze vurğulayıb ki, hələ ki, nə tarif, nə qiymətlər, nə də Gürcüstana 2007-ci ildə tədarük ollunacaq qazın həcmiməlumdur, odur ki, qaz tariflərinin qaldırılması barədə deyilənlər hələ tazdir. "biz indi hökümətlə birgə Gürcüstana idxal olunan qaza real qiymətlər qoymağa çalışırıq, bundan sonra onun tarifinin qaldırılıb endirilməsi barədə danışmaq olacaq"-deyə MEK sədri bəyan edib.

Xəbər lenti

Xəbər lenti