...

Fin sərhədçilərinin nümayəndə heyəti Tbilisiyə gələcək

Dünya xəbərləri Materials 16 Yanvar 2007 11:39 (UTC +04:00)

Fin sərhədçilərinin nümayəndə heyəti həmin ölkənin sərhəd idarəsinin rəhbəri Yaako Smolanderin başçılığı altında çərşənbə axşamı Tbilisiyə gələcək.

Çərşənbə axşamı Gürcüstan və Finlandiya sərhəd rəhbərləri əməkdaşlıq barədə deklorasiya imzalaycaqlar.

Trend xəbər verir ki, bu deklorasiya əsasında qarşılıqlı fəaliyyət planı hazırlanacaq, bu plan əsasında dövlət sərhədlərinin mühafizəsi, mütəxəssislərin hazırlanması, büdcə planlaşdırılması, beynəlxalq əməkdaşlıq məsələləri ilə əlaqədar qarşılıqlı səfərlər həyata keçirilməsi nəzərdə tutulur.

Yaako Smolander səfər çərçivəsində sərhəd polisinin regional idarələrində də olacaq.

Xəbər lenti

Xəbər lenti