Bu il fevralın 19-20-də Tehranda İran və Özbəkistanın ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyasının səkkizinci toplantısı keçiriləcək.
İİR ticarət nazirinin müavini və İranın Ticarətin inkişafı üzrə Təşkilatının rəhbəri Mehdi Qəzənfərinin İRNA-ya verdiyi xəbərə görə, toplantı zamanı iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlıq məsələləri üzrə əvvəl imzalanmış və yeni sazişlərin layihələrinin yerinə yetirilməsinin yekunları müzakirə olunacaq. Bu zaman əsas diqqət ikitərəfli ticarətin inkişafı məsələlərinə yönəldiləcək.
Bu komissiyanın həmsədrləri İİR ticarət naziri Məsud Mir-Kazemi və Özbəkistan baş nazirinin müavini Nodirxon Xanov olacaq. Bu barədə Trend xəbər verir.