...

Rusiya Dövlət Dumasının nümayəndə heyəti Kişinyova ikigünlük səfərə gəlir

Dünya xəbərləri Materials 19 Mart 2007 18:56 (UTC +04:00)

Çərşənbə axşamı Rusiya parlamentinin nümayəndə heyəti Kişinyova ikigünlük səfərə gəlir. Nümayəndə heyətinin tərkibinə RF Dövlət Dumasının parlamentlararası dostluq qrupunun üzvləri daxildir.

Bazar ertəsi parlamentin mətbuat-xidmətindən " Novosti-Moldova " agentliyinə verilən məlumata görə, nümayəndə heyətinə Dövlət Dumasının parlamentlararası komissiyanın sədri, konstitusiya qanunvericiliyi və dövlət quruculuğu üzrə komissiyasının sədr müavini Aleksandr Moskaleç başçılıq edir.

Nümayəndə heyətinin səfəri proqramına Moldova prezidenti Vladimir Voroninlə, baş nazir Vasile Tarlev və "Moldova-Vin" Aqrarsənaye agentliyinin rəhbərliyilə görüş daxildir.

Moldova və Rusiya deputatları ikitərəfli iqtisadi əməkdaşlıq, mədəniyyət, təhsil və elm sahəsində əlaqələrin möhkəmlənməsi mövzusunda müzakirələr aparacaqlar.

Parlamentlərarası komissiyanın birgə bəyannəməsinin imzalanacağı da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti