...

Türkmənistanın ticarət və iqtisadiyyat nazirləri bu gün Yekaterinburqa gələcəklər

Dünya xəbərləri Materials 2 Aprel 2007 16:14 (UTC +04:00)

Türkmənistan nümayəndə heyətinin Yekaterinburqa səfərinin dəqiq vaxtı məlum olub. Türkmənistanın ticarət və istehlak kooperasiyası naziri Qurbanqeldı Melekeyev və iqtisadiyyat və maliyyə naziri Xodjamurad Qeldimıradov 2007-ci il aprel ayının 2-dən 5-dək Orta Ural paytaxtında olacaqlar. Rəsmi məlumatlara görə, hazırkı səfər "Türkmənistanla Rusiya Federasiyasının Sverdlovsk vilayəti arasında iqtisadi əməkdaşlıqda inkişaf məqsədilə" həyata keçirilir.

Qeyd edək ki, martın 27-də Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedovla Sverdlovsk vilayətinin qubernatoru Eduard Rossel arasında telefon danışığı olub. Bu söhbətdə tərəflər başlanğıcı keçən il qoyulan əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Məlumatı Turkmenistan.ru . verir.

Xəbər lenti

Xəbər lenti