...

BMT Təhlükəsizlik Şurası Marti Axtisaarinin Kosovo problemi barədə planını dəstəkləməyib

Dünya xəbərləri Materials 4 Aprel 2007 14:51 (UTC +04:00)

RF-nın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin yekuna əsasən verdiyi məlumata görə, TŞ-nin yalnız 3-4 üzvü Marti Axtisaarinin Kosovo problemi barədəki planını qeyd-şərtsiz dəstəkləyib. O deyib ki, BMT TŞ-nın digər üzvləri tərəfindən "sual və şübhələr səslənib".

Diplomatın sözlərinə əsasən, Rusiya nümayəndə heyəti bildirib ki, Kosovaya müstəqillik vermək barədə məsələ qoymağa əsas yoxdur və bununla yanaşı, Serbiyanın ərazi bütövlüyünü pozmağa da heç bir əsas yoxdur. Bu məlumatı İTAR-TASS . yayıb.

Şura üzvlərinin Kosovo məsələsinə növbəti dəfə nə zaman qayıdağağı barədə sualı cavablandıran Çurkin "hələlik konkret və dəqiq planın olmadığını" deyib. Onun fikrincə, indi BMT TŞ diplomatik heyətinin Belqrad və Priştinaya göndəriləcəyi zamanı gözləmək lazımdır. Çünki yalnız bu zaman TŞ üzvlərinin region barədə tam təəssüratı yaranacaq və sonra gələcək fəaliyyət müəyyən ediləcək.

"Axtisaarinin planı yalnız Kosovo albanlarının maraqlarını əks etdirir" - bunu isə Serbiya hökumətinin başçısı Voislav Koştunitsa TŞ iclasının sonunda bildirib. O, TŞ üzvlərinin Axtisaarinin planını qəbul etməmələrindən şad olduğunu gizlətməyib.

Xəbər lenti

Xəbər lenti