...

Ukraynanın baş naziri bəyan edir ki, hökuməti istefaya göndərmək cəhdlərinin qarşısını alacaq

Dünya xəbərləri Materials 16 May 2007 16:20 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ Ukraynanın baş naziri Viktor Yanukoviç hökuməti istefaya göndərmək cəhdlərini əngəlləmək niyyətindədir. Belə bir bəyanatla o, Ukrayna hökumətinin iclasında çıxış edib.

"Kim ki, hökuməti qeyri-konstitusion yolla istefaya göndərəcəyi ilə hədələyir, bilməlidir ki, biz heç kimə imkan vermərik ki, bunu edə bilsin" - deyə Yanukoviç vurğulayıb.Bununla yanaşı baş nazir qeyd edib ki, bu gün Ali Radanın fasiləsiz işini təmin etmək lazımdır."Parlament işləməyə bilməz. Həyat davam edir. Hakimiyyətin qanunvericilik qolunun təcrid halına salınması Konstitusiyanın pozulması deməkdır. Qanunvericilik hakimiyyəti fasiləsiz işləməlidir. Bu, bizim mövqeyimizdir. Bu mövqedən də dönməyəcəyik" - deyə Yanukoviç bildirib.Yanukoviç təkid edir ki, müxalifəti təmsil edən fraksiyalar parlamentə dönməlidir. Onun sözlərinə görə, bu, təkcə seçkilərin keçirilməsi üçün qanunların qəbulu üçün yox, həmçinin iqtisadi qanunların qəbulu üçün lazımdır. "Prezident birmənalı şəkildə müxalifəti dəstəkəlyir. O, həmçinin ölkədəki sosial-iqtisadi duruma görə məsuliyyət daşıyır. Vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması üçün qanunları qəbul edib imzalamaq lazımdır, o cümlədən, sosial xarakterli qanunları" - deyə Yanukoviç əlavə edib."Prezident birmənalı şəkildə müxalifəti dəstəkəlyir. O, həmçinin ölkədəki sosial-iqtisadi duruma görə məsuliyyət daşıyır. Vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması üçün qanunları qəbul edib imzalamaq lazımdır, o cümlədən, sosial xarakterli qanunları" - deyə Yanukoviç əlavə edib.

Xəbər lenti

Xəbər lenti