...

İranlı müğənni "Turkvision"da Azərbaycan mahnısı oxuyacaq (AUDİO)

Mədəniyyət Materials 15 Dekabr 2015 16:35 (UTC +04:00)
İranı “Turkvision 2015” müsabiqəsində etnik azərbaycanlı, bəstəkar və şair Rza Esbilani təmsil edəcək.
İranlı müğənni "Turkvision"da Azərbaycan mahnısı oxuyacaq (AUDİO)

Bakı. Vüqar İmanov - Trend:

İranı "Turkvision 2015" müsabiqəsində etnik azərbaycanlı, bəstəkar və şair Rza Esbilani təmsil edəcək.

R.Esbilani Trend-ə bildirib ki, müsabiqədə "Mənim arzum" müəllif kompozisiyası ilə çıxış edəcək: "Əsas məqsədim müsabiqədə qalib gəlmək deyil, Türkiyədə İranda yaşayan azərbaycanlıların musiqi sənətini nümayiş etdirməkdir".

Qeyd edək ki, R.Esbilani 1978-ci il martın 21-də Təbrizdə anadan olub. 2009-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasının Bəstəkarlıq kafedrasında təhsil alıb.

Xatırladaq ki, "Turkvision 2015" Türk dünyasının beynəlxalq televiziya mahnı müsabiqəsinin finalı dekabrın 19-da İstanbulda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti