...

Rəsmi xəbərdarlıq: Süni qiymət artıranlar cəzalandırılacaqlar

Cəmiyyət Materials 23 Fevral 2015 12:25 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirib.
Rəsmi xəbərdarlıq: Süni qiymət artıranlar cəzalandırılacaqlar

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Elçin Mehdiyev/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirib.

Nazirlikdən Trend-ə verilən məlumatda qeyd olunur ki, ASİHMDX tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirib və yoxlamalar davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, manatın məzənnəsinin dəyişikliyindən sonra bəzi ticarət obyektlərində süni qiymət artımına rast gəlinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti