...

Bakıda intihara cəhdin qarşısı alınıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Fevral 2016 11:34 (UTC +04:00)
Bu saatlarda Bakının Yasamal rayonu Moskva prospektində bir nəfər naməlum şəxs intihara cəhd edir.
Bakıda intihara cəhdin qarşısı alınıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bu saatlarda Bakının Yasamal rayonu Moskva prospektində bir nəfər naməlum şəxs intihara cəhd edir. Trend-in məlumatına görə, həmin şəxs prospektdəki körpüdə özünü partladacağını bəyan edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla psixoloji söhbət aparılıb, nəticədə intihara cəhdin qarşısı alınıb.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:47-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti