...

Deputat: Daxili bazarı qorumaq üçün yerli xammalı istehsalata yönəltmək lazımdır

Cəmiyyət Materials 8 Oktyabr 2016 15:08 (UTC +04:00)
Azərbaycanda daxili istehsal bazarınının qorunması üçün ilk növbədə süni qiymət artımının qarşısı alınmalıdır.
Deputat: Daxili bazarı qorumaq üçün yerli xammalı istehsalata yönəltmək lazımdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda daxili istehsal bazarınının qorunması üçün ilk növbədə süni qiymət artımının qarşısı alınmalıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Hüseynov bildirib ki, daxili bazarın qorunması üçün daxili potensialdan və xammaldan maksimal şəkildə istifadə etmək lazımdır: "Bunun üçün isə yerli xammalı satışa deyil, istehsalata yönəltmək lazımdır. Yerli xammalla əmtəələrin istehsalı təmin olunmalıdır. Prezident İlham Əliyevin iqtisadi strategiyasının ən başlıça məqsədi ölkə iqtisadiyyatının şaxələndirilməsi və iqtisadiyyatın neft amilindən asılılığının tamamilə aradan qaldırılmasıdır. Bunun üçün isə kənd təsərrüfatı, sənaye, turizm sahəsi inkişaf etdirilməlidir. Eyni zamanda, ölkənin ixrac potensialının daha da gücləndirilməsi, idxaldan asılılığının azaldılması, rəqabətqabiliyyətli malların istehsal olunması da vacib amil olmalıdır”.

A.Hüseynov vurğulayıb ki, ölkənin ərzaqla təminatı 100 faiz daxili bazar hesabına olunmalıdır.

Azərbaycanda çox böyük sənaye komplekslərinin yaradılmasının əhəmiyyətindən danışan deputat qeyd edib ki, ölkəyə xarici valyutanın gətirilməsi üçün rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalının artırılması ən mühüm addımlardan biri olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti