...

Mərkəzi Bank banklara kredit ayrılmasını dayandıra bilər (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2017 13:46 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Bankı ölkənin kommersiya banklarına dövlət zəmanəti ilə məqsədli kredit ayrılmasını dayandıra bilər.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulur.

Qanunun 49-1-ci maddəsində (Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi) deyilir:

"Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir".

Yeni qanun layihəsi bu bəndin ləğvini nəzərdə tutur.

Təklif komitə üzvləri tərəfindən müsbət qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti