...

Azərbaycan və Çin hərbi əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib

Siyasət Materials 27 Oktyabr 2010 09:15 (UTC +04:00)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə Çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi Çen Binde arasında çərşənbə axşamı Pekində keçirilən görüş zamanı, tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib. Bu barədə məlumatı çərşənbə günü "Xinhua" agentliyi yayıb.
Azərbaycan və Çin hərbi əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə Çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi Çen Binde arasında çərşənbə axşamı Pekində keçirilən görüş zamanı, tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib. Bu barədə məlumatı çərşənbə günü "Xinhua" agentliyi yayıb.

"Çin Azərbaycan silahlı qüvvələri ilə mübadilənin və əməkdaşlığın inkişafına müsbət münasibət bəsləyir", Çen Binde deyib.

Onun sözlərinə görə, Çin və Azərbaycanı, həmçinin iki ölkənin xalqlarını ənənəvi dostluq birləşdirir.  Çin Azərbaycan ilə münasibətlərə xüsusi diqqət yetirərək, ikitərəfli əlaqələrin inkişafında əlverişli təmayülün qorunub saxlanmasına və daha da inkişafına dair səylər göstərməyə hazırdır.

"Son zamanlar Azərbaycan və Çin hərbi qüvvələri arasında müvəffəqiyyətli inkişaf müşahidə olunur. Müxtəlif sahələrdə əməkdaşlığın qənaətbəxş nəticələri əldə olunub. Biz tərəflərin mövcud dostluq və əməkdaşlıq münasibətlərinin qorunması və inkişafı üçün birgə səylər göstərəcəyinə ümid edirik", Çen Binde deyib.

Öz növbəsində, Səfər Əbiyev Azərbaycanın Çin Xalq Azadlıq Ordusu ilə son illərdə sağlam bir şəkildə inkişaf edən əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verirdiyini vurğulayaraq, Çin tərəfindən ordu quruculuğunda göstərilən dəstək və yardıma görə minnətdarlığını bildirib.

"Biz gələcəkdə də ölkələrimizin  hərbi qüvvələri arasında mübadilə və əməkdaşlığın gücləndirilməsinə ümid edirik və bunun üçün lazımi səylər göstərməyə hazırıq" - Azərbaycanın Müdafiə naziri bildirib.

Xəbər lenti

Xəbər lenti