Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/
İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi Ramazan Şərif general Həsən Şaterinin "sionist rejimin muzdluları" tərəfindən öldürüldüyünü təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Fars" agentliyi xəbər yayıb.
Şərifin sözlərinə görə, həlak olan general Livanda İİKK mənzil-qərargahının yenidən qurulması işlərinə rəhbərlik edirdi.
General Həsən Şateri çərşənbə axşamı Suriyadan Livana gedərkən yolda öldürülüb.
"Sepah" nümayəndəsinin qətlində İsrailin xüsusi xidmət orqanları günahlandırılır.