...

Bu gündən tələbə adını qazanan şəxslərin qeydiyyatına başlanılır

Cəmiyyət Materials 23 Avqust 2012 09:45 (UTC +04:00)
Bu gündən 2012-2013-cü tədris ili üçün ali məktəblərə daxil olmuş şəxslərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatı başlayır.
Bu gündən tələbə adını qazanan şəxslərin qeydiyyatına başlanılır

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən 2012-2013-cü tədris ili üçün ali məktəblərə daxil olmuş şəxslərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatı başlayır.

Komissiyanın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, qeydiyyat avqustun 31-də yekunlaşacaq.

Bu müddətdə tələbə adını qazanmış tələb olunan sənədləri təqdim etməklə daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək tələbənin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94% dolub. hazırda ali məktəblərin boş qalmış plan yerlərinə yenidən ixtisas seçimi aparılır.

Xəbər lenti

Xəbər lenti