...

Bolqarıstan Parlamentinin deputatı: "I Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artırılması üçün ən yaxşı vasitədir"

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 15:07 (UTC +04:00)
“İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və ölkəyə turist axınının gücləndirilməsi üçün ən yaxşı yoldur”. Bu barədə Trend-ə Bolqarstan Parlamentinin deputatı xanım Polina Karastoyanova deyib.
Bolqarıstan Parlamentinin deputatı: "I Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artırılması üçün ən yaxşı vasitədir"

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Elçin Mehdiyev/

"İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və ölkəyə turist axınının gücləndirilməsi üçün ən yaxşı yoldur". Bu barədə Trend-ə Bolqarıstan Parlamentinin deputatı xanım Polina Karastoyanova deyib.

O bildirib ki, beynəlxalq tədbirlərə, o cümlədən idman, mədəni, siyasi tədbirlərə ev sahibliyi etmək istənilən ölkəni inkişaf etdirmək üçün ən yaxşı vasitələrdən biridir.

P.Karastoyanovanın sözlərinə görə, idman müxtəlif millətlər arasında münasibətlərin gücləndirilməsi üçün çox vacibdir:

"Çünki idman bizim hamımız üçün ümumi bir dildir. İdman gəncləri həvəsləndirmək və insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün bir vasitədir. Buna görə də mən Azərbaycana I Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə təşşəkür edirəm".

P.Karastoyanova əlavə edib ki, Bakı gözəl şəhərdir və burada çoxlu yeni tikintilər həyata keçirilir, investisiyalar qoyulur və doğrudan da bu, inkişafın bariz nümunəsidir. Mən Azərbaycanı sürətlə inkişaf edən müasir ölkə kimi görürəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti