...

İsveçrəli ekspert: Avropa Oyunları Azərbaycan üçün böyük şans olacaq

Baku 2015 : EUROGAMES Materials 2 İyun 2015 00:02 (UTC +04:00)
“Adətən böyük idman tədbirləri yalnız idmanın inkişafına deyil, o cümlədən, ev sahibliyi edən ölkənin inkişafına mühüm təsir göstərir.
İsveçrəli ekspert: Avropa Oyunları Azərbaycan üçün böyük şans olacaq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Adətən böyük idman tədbirləri yalnız idmanın inkişafına deyil, o cümlədən, ev sahibliyi edən ölkənin inkişafına mühüm təsir göstərir. Bu baxımdan hesab edirəm ki, birinci Avropa Oyunları Azərbaycan üçün böyük şans olacaq". Bu barədə Trend-ə isveçrəli ekspert Stiv Remi deyib.

O, qeyd edib ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə dünya idman xəritəsində öz layiqli yerini tutacaq.

S.Remi vurğulayıb ki, Oyunlar keçirilən müddətdə dünya mediasının diqqəti Azərbaycana yönələcək və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək: "O cümlədən bu Oyunları izləmək üçün Azərbaycana on minlərlə insan gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət mənada mühüm təsir göstərəcək. Avropa, Amerika, Asiya, eləcə də dünyanın digər ərazilərində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək ki, bu da turistləri ölkəyə cəlb etmək üçün əlverişli imkan yaradacaq".

Ekspert bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq imicinin yüksəlməsinə də səbəb olacaq: "Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqda davam edir. Hesab edirəm ki, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına şərait yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti