...

I Avropa Oyunları ilə bağlı bu yollarda hərəkətə 5 gün məhdudiyyətlər qoyulacaq

Baku 2015 : EUROGAMES Materials 5 İyun 2015 17:49 (UTC +04:00)
I Avropa Oyunları məşəlinin Bakıya gətirilməsi və beş gün ərzində bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində müəyyən saatlarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
I Avropa Oyunları ilə bağlı bu yollarda hərəkətə 5 gün məhdudiyyətlər qoyulacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

İlk Avropa Oyunları ilə bağlı bu yollarda hərəkətə 5 gün məhdudiyyətlər qoyulacaq.

I Avropa Oyunları məşəlinin Bakıya gətirilməsi və beş gün ərzində bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində müəyyən saatlarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, bununla əlaqədar 7 iyun tarixində saat 13:30-dan həmin günün sonunadək paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Rəşid Behbudov küçəsi, Zərifə Əliyeva küçəsi və Rixard Zorge küçələrində, iyunun 6-dan 7-nə keçən gecə saat 01:00-dan 03:00-dək və iyunun 7-dən 8-nə keçən gecə saat 01:00-dan 04:00-dək Neftçilər prospektinin "Azneft" meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə, habelə 10 iyun tarixində Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bülbül prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Şövkət Ələkpərova küçəsində fasilələrlə 10-15 dəqiqə müddətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti