...

Rusiya Güləş Federasiyasının vitse-prezidenti: I Avropa Oyunları müqayisəyə gəlməyəcək vacib tədbirdir

Baku 2015 : EUROGAMES Materials 6 İyun 2015 15:54 (UTC +04:00)
"İlk Avropa Oyunları müqayisəyə gəlməyəcək dərəcədə vacib tədbirdir".
Rusiya Güləş Federasiyasının vitse-prezidenti: I Avropa Oyunları müqayisəyə gəlməyəcək vacib tədbirdir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Aygün Bədəlova/

"İlk Avropa Oyunları müqayisəyə gəlməyəcək dərəcədə vacib tədbirdir". Trend-in məlumatına görə, bunu Rusiya Güləş Federasiyasının vitse-prezidenti Omar Murtuzaliyev deyib.

O.Murtuzaliyev bildirib ki, bu qitə miqyaslı Olimpiya Oyunlarıdır: "Odur ki, əhəmiyyəti də böyükdür. Ümid edirəm ki, tezliklə bu yarış bütün Avropada ən güclü yarışlardan biri olacaq".

Vitse-prezident qeyd edib ki, ölkəsi Bakıya ən iddialı idmançılarını göndərib. O, Rusiya idmançılarının yarışlarda qalib gələcəyinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti