...

"II Avropa Oyunlarını qəbul edəcək Niderland üçün Azərbaycanın təcrübəsi faydalı olacaq"

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 19:29 (UTC +04:00)
Azərbaycan iri beynəlxalq idman tədbirlərini keçirmək iqtidarındadır.
"II Avropa Oyunlarını qəbul edəcək Niderland üçün Azərbaycanın təcrübəsi faydalı olacaq"

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycan iri beynəlxalq idman tədbirlərini keçirmək iqtidarındadır. Trend-in məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq "Reuters"ə müsahibəsində deyib.

Onun sözlərinə əsasən, Azərbaycan iri beynəlxalq idman tədbirlərini ən yüksək səviyyədə keçirmək iqtidarındadır: "Bu həftə Bakıda start götürəcək Avropa Oyunları beynəlxalq idman təqvimində qitə miqyaslı ilk iri multi-idman tədbirinin meydana çıxması üçün impuls verəcək".

Müsahibədə deyilir ki, miqyasına görə Yay Olimpiya Oyunları ilə müqayisə edilən Avropa Oyunlarına hazırlıq 3 il ərzində həyata keçirilib, hərçənd Olimpiya Oyunlarına hazırlaşmaq üçün ev sahibi ölkənin sərəncamında 7 il olur: "Bakı incəsənət əsərlərini əks etdirən yeni stadionlarla əhatə olunub".

S.Kleq qeyd edib ki, 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul edəcək Niderland üçün Azərbaycanın təcrübəsi faydalı olacaq.

O xatırladıb ki, Azərbaycan Olimpiya Oyunlarına da ev sahibliyi etmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti