...

Rumıniyalı diplomat: Azərbaycan Avropasız da inkişaf edə bilər

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 16:07 (UTC +04:00)
Avropa Azərbaycana diktə etməyə və göstəriş verməyə son qoymalıdır.
Rumıniyalı diplomat: Azərbaycan Avropasız da inkişaf edə bilər

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Avropa Azərbaycana diktə etməyə və göstəriş verməyə son qoymalıdır. Bunu Trend-ə Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin üzvü Adrian Severin deyib.

Onun sözlərinə görə, Avropa ilə əməkdaşlıq etməzdən əvvəl də Azərbaycanda hər şey yaxşı idi: "Azərbaycan Avropasız da inkişaf edə bilər, hərçənd bu əməkdaşlığın inkişafı hər iki tərəf üçün faydalı olardı".

A.Severin qeyd edib ki, Avropa Oyunları sülhü təbliğ edir ki, bu da Avropanın əsas dəyəridir: "Avropa Oyunlarının harada keçirilməsindən asılı olmayaraq, Avropa onu dəstəkləməlidir. Oyunların demokratik inkişaf yolu ilə gedən Azərbaycanda keçirilməsi isə ikiqat alqışlanmalıdır. Mən Qərbin tənqid etmək kimi pis vərdişini qınamaya bilmərəm. Bununla Qərb digərləri üzərində üstünlüyünü göstərməyə çalışır. Qərb bu vərdişindən imtina etməlidir".

Sabiq XİN rəhbəri əlavə edib ki, Avropa daxili demokratiyasını inkişaf etdirməli və digərlərinə məruzə oxumağı dayandırmalıdır: "Avropada demokratiya və qanunvericiliklə bağlı həll edilməmiş problemlər var. Qərb tənqid etməyi və göstəriş verməyi dayandırmalı və öz işləri ilə məşğul olmaldır. Oyunların məhz Azərbaycanda keçirilməsi ölkənin böyük tərəqqəsindən, ölkənin demokratik inkişafa sadiqliyindən xəbər verir. İdman tədbirini siyasiləşdirmək utancvericidir. Azərbaycanın Avropaya ən yaxşı cavabı ona məhəl qoymamaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti