Azərbaycan, Bakı, 12 iyun /Trend/
Slovakiya Respublikası parlamentinin sədri Peter Pelleqrini "Bakı-2015" birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə iyunun 12-də Azərbaycana gəlib.
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisinin və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.