...

Saymon Kleq: I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 12:08 (UTC +04:00)
I Avropa Oyunlarında ilk qızıl medallar dağ velosipedi idman növü üzrə bu gün veriləcək.
Saymon Kleq: I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək

Azərbaycan, Bakı 13 İyun / Trend, müxbir İlhamə İsabalayeva/

I Avropa Oyunlarında ilk qızıl medallar dağ velosipedi idman növü üzrə bu gün veriləcək.

Trend-in məlumatına görə, bunu Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu axşam "Bakı Kristal" zalında karate idman növü üzrə yarışlar keçiriləcək.

S.Kleq qeyd edib ki, Avstriya idmancılarının qəzaya uğraması barədə hələlik heç bir əlavə məlumat verə bilməyəcək. O, hadisə ilə bağlı istintaq araşdırmalarının yekunlaşmadığını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti