...

Saymon Kleq: “I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm şou oldu”

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 12:51 (UTC +04:00)
I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm şou oldu.
Saymon Kleq: “I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm şou oldu”

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Elmira Tarıverdiyeva/

I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm şou oldu. Trend-in məlumatına əsasən, bunu Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

S.Kleq Azərbaycan xalqının I Avropa Oyunlarının keçirilməsi və açılış mərasiminin ən yüksək səviyyədə təşkil olunması ilə bağlı qürur hissi keçirdiyindən əmin olduğunu dilə gətirib.

O qeyd edib ki, hazırda 4200-dən çox idmançı və rəsmi şəxs Bakıda Atletlər kəndində və təqribən 420 idmançı Mingəçevirdə qalır.

S.Kleq bildirib ki, karate üzrə yarışlarda azərbaycanlıların qızıl medal almaq şansı çox böyükdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti