...

I Avropa Oyunları keçirilmə səviyyəsinə görə Olimpiya Oyunlarından geri qalmır

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 09:52 (UTC +04:00)
I Avropa Oyunları keçirilmə səviyyəsinə görə Olimpiya Oyunlarından geri qalmır.
I Avropa Oyunları keçirilmə səviyyəsinə görə Olimpiya Oyunlarından geri qalmır

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Azad Həsənli/

I Avropa Oyunları keçirilmə səviyyəsinə görə, Olimpiya Oyunlarından geri qalmır. Bu barədə Trend-ə almaniyalı azarkeş Aleksandr Lanq deyib.

O bildirib ki, hər şey yüksək səviyyədə təşkil olunub: "İlk növbədə Azərbaycan prezidentinin karate yarışlarında iştirak etməsi bizi heyrətləndirdi. Düşünürəm ki, karate və digər idman növləri üçün ölkə başçısı və ailəsinin yarışlarda iştirak etməsi, qalibləri mükafatlandırması müsbət məqamdır. Bu, idmana müsbət təsir göstərir".

A.Lanq qeyd edib ki, onun Azərbaycanda çoxlu dostları var və alman idmançılardan başqa azərbaycanlı atletlərə də azarkeşlik edir.

O həmçinin I Avropa Oyunları çərçivəsində təhlükəsizlik səviyyəsini də yüksək qiymətləndirib: "Oyunlarda, xüsusilə idman arenalarında təhlükəsizlik tədbirlərindən razı qaldım. Bu da çox mühüm məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti