...

Saymon Kleq: I Avropa Oyunlarına 420 mindən çox bilet satılıb

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 12:17 (UTC +04:00)
Əvvəl satılan biletlərə əlavə olaraq, bir gün ərzində - iyunun 14-də Bakıda I Avropa Oyunlarına 15 min bilet satılıb.
Saymon Kleq: I Avropa Oyunlarına 420 mindən çox bilet satılıb

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Aygün Bədəlova/

Əvvəl satılan biletlərə əlavə olaraq, bir gün ərzində - iyunun 14-də Bakıda I Avropa Oyunlarına 15 min bilet satılıb. Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən mətbuat konfransı zamanı I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

O bildirib ki, 7 idman növü üzrə bugünkü yarışlarda 30 min tamaşaçının iştirakı gözlənilir: "Dünən əlavə 15 min bilet satılıb, 2 gün ərzində əlavə 25 min bilet satılıb. Ümumiyyətlə, Oyunlara 420 mindən çox bilet satılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti