...

Saymon Kleq: “I Avropa Oyunları karatenin Olimpiya oyunları proqramına salınmasına kömək edə bilər”

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 12:53 (UTC +04:00)
I Avropa Oyunları karatenin Olimpiya oyunları proqramına salınmasına kömək edə bilər.
Saymon Kleq: “I Avropa Oyunları karatenin Olimpiya oyunları proqramına salınmasına kömək edə bilər”

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Aygün Bədəlova/

I Avropa Oyunları karatenin Olimpiya oyunları proqramına salınmasına kömək edə bilər. Trend-in məlumatına əsasən, bunu Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransı zamanı agentliyin sualını cavablandırarkən deyib.

O bildirib ki, bir çox idman növləri Olimpiya hərəkatının bir hissəsi olmağa çalışır: "Düşünürəm ki, Olimpiya nümayəndələri arasında idmandan xəbərdarlıq səviyyəsinin yüksəldilməsi baxımından I Avropa Oyunları yaxşı imkandır. Beynəlxalq Olimpiya Komitəsinin bir çox üzvü burada iştirak edir. Onlar karatenin Olimpiya oyunları proqramına daxil edilməsinə yardım edə bilərlər".

S.Kleq qeyd edib ki, I Avropa Oyunları nəinki idmançılar, həmçinin idman növü kimi karate üçün yaxşı təcrübədir: "Əminəm ki, insanlar karateyə maraq göstərəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti