...

Bakı-2015: Almanlar kamandan oxatma yarışlarının lideridir (FOTO)

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 16:59 (UTC +04:00)
Bu gün Bakı-2015 Avropa Oyunlarında qadınların kamandan oxatma yarışlarında Almaniya idmançısı Liza Unruh 662 xalla fərdi reytinq mərhələsinin birincisi olub.
Bakı-2015: Almanlar kamandan oxatma yarışlarının lideridir (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bu gün Bakı-2015 Avropa Oyunlarında qadınların kamandan oxatma yarışlarında Almaniya idmançısı Liza Unruh 662 xalla fərdi reytinq mərhələsinin birincisi olub.

Trend-in məlumatına görə, sonrakı yerlərdə danimarkalı Maya Yaqer (657 xal), italiyalı Natalia Valeeva (653), gürcüstanlı Xatuna Nərimanzadə (653), rusiyalı Kristina Timofeyeva (650), italiyalı Quendalina Sartori (648), rusiyalı İnna Stepanova (647), Nataliya Yerdniyeva (647), alman Karina Vinter (646) və ukraynalı Lidiya Sıçenikova (644) qərarlaşıblar.

Təmsilçilərimizdən Olqa Senyuk 627, Nurlana Vəliyeva 586, Yaylagül Ramazanova 582 xalla müvafiq olaraq 34, 60 və 61-ci yerləri tutublar.

Komanda çoxnövçülüyü üzrə reytinq mərhələsində isə ilk onluqda Almaniya (1952 xal), Rusiya (1944), İtaliya (1938), Ukrayna (1917), Gürcüstan (1916), Danimarka (1907), Fransa (1898), İspaniya (1888), Belarus (1887) və Türkiyə (1886 xal) yer alıb.

Azərbaycan yığması 1795 xalla 16-cı yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti