...

Azərbaycan idmançısı: "Yaxşı nəticə göstərəcəyəm"

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 19:42 (UTC +04:00)
"Belə yüksək səviyyəli oyunların Azərbaycanda keçirilməsi çox sevindirici haldır".
Azərbaycan idmançısı: "Yaxşı nəticə göstərəcəyəm"

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Belə yüksək səviyyəli oyunların Azərbaycanda keçirilməsi çox sevindirici haldır". Bunu Trend-ə azərbaycanlı kamandan oxatan Olqa Senyuk deyib.

I Avropa Oyunlarının açılışını xüsusi vurğulayan idmançı bildirib ki, açılış mərasimi möhtəşəm, çox gözəl və təntənəli oldu: "Azərbaycan bayrağı altında arenaya çıxmaq çox xoşdur".

O.Senyuk əlavə edib ki, bu gün yarışda əldə etdiyi nəticə gözləntilərə uyğun deyildi: "Buna səbəb külək oldu. Külək tarazlığı qorumağa imkan vermir. 3 gündən sonra fərdi yarışlar olacaq. Yaxşı nəticə göstərmək niyyətindəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti