...

I Avropa Oyunlarına həsr olunan “Kofe rəngi” sərgisi açılacaq

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 11:55 (UTC +04:00)
Sabah Azərbaycanın Muzey Mərkəzinin Sərgi Qalereyasında “Kofe rəngi” adlı sərgi açılacaq.
I Avropa Oyunlarına həsr olunan “Kofe rəngi” sərgisi açılacaq

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın Muzey Mərkəzinin Sərgi Qalereyasında "Kofe rəngi" adlı sərgi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "Coffee planet" şirkətinin sponsor dəstəyi ilə keçirilən Mədəniyyət və Turizm Nazirliyinin bu böyük art-layihəsi bu günlərdə paytaxtımızda keçirilən ilk Avropa Oyunlarına həsr edilib və iyunun 30-a kimi davam edəcək.

Sərginin ekspozisiyasına rəngkarlıq kətanları, qrafik əsərlər, heykəltəraşlıq, batika, instalyasiya və müəllif kuklaları daxildir.

İncəsənət qalereyasının ayrıca zalı məşhur rəssam İrina Eldarovanın fərdi layihəsinə verilib.

Vernisajda həmçinin yaradıcılığı artıq tamaşaçılara muzey mərkəzinin ötən art layihələrində fəal iştirakı ilə yaxşı tanış olan Bakı dizayneri Nadya Tazıyevanın geyim nümayişi təşkil olunacaq.

Sərgi çərçivəsində qəhvə maşınlarının yeni modelləri nümayiş olunacaq. Vernisajda hazır məhsulun dequstasiyası ilə təbii qəhvənin müxtəlif növlərinin təqdimatı keçiriləcək.

Beləliklə, qəhvəyə həsr olunmuş sərgi bu günlərdə Muzey Mərkəzində nümayiş olunan məşhur şokolatye Nikolya tərəfindən hazırlanmış ləziz suvenirlər - səyyar şokolad muzeyi sərgisi ilə vəhdət təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti