...

Saymon Kleq: "Ötən gün I Avropa Oyunları yarışlarında indiyə kimi ən çox tamaşaçı iştirak edib"

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 13:16 (UTC +04:00)
Ötən gün I Avropa Oyunları yarışlarında indiyə kimi ən çox tamaşaçı iştirak edib.
Saymon Kleq: "Ötən gün I Avropa Oyunları yarışlarında indiyə kimi ən çox tamaşaçı iştirak edib"

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Aygün Bədəlova/

Ötən gün I Avropa Oyunları yarışlarında indiyə kimi ən çox tamaşaçı iştirak edib. Trend-in məlumatına əsasən, bunu mətbuat konfransı zamanı Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

O bildirib ki, tamaşaçıların əksər hissəsi Milli Gimnastika Arenasında yarışları izləyib: "İyunun 17-də açılış günündәn indiyə kimi әn çox tamaşaçının iştirak etdiyi yarışlar keçirilib. 32100 tamaşaçı 10 müxtəlif məkanda 19 idman oyununu izlәyib".

S.Kleq həmçinin qeyd edib ki, biletlərin satışından və yarışların davamiyyət səviyyəsindən çox razıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti